• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ev tikintisində yeni qayda - Prezident təklif verdi

Ev tikintisində yeni qayda - Prezident təklif verdi

"Yaşayış binalarının tikintisi fərqli qaydada təşkil edilməlidir. Yəni hansısa iş adamı və ya şirkət ev tikmək istəyirsə orada ekoloji tədbirlər də görməli, köçürmələr aparılmalıdır".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında deyib.

"İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır". İ.Əliyev bildirib ki, ev tikmək istəyənlər şəhər və ya rayon icra hakimiyyətlərinə müraciət etməlidir: "Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər", Prezident əlavə edib.

Dövlət başçısı buna misal olaraq Bakının tarixən "Qara şəhər" adlandırılan ərazisində inşa edilən "Ağ şəhər" layihəsini, keçmiş Leytenant Şmidt adına zavodun ərazisində tikilən Heydər Əliyev Mərkəzini və sənaye müəssisələrinin ərazisində inşa edilən Olimpiya şəhərciyini göstərib:

"İndi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR