Nazirlik ov mövsümü ilə bağlı açıqlama yaydı: : “Dovşan 2 manat 20 qəpik...“
Bizi izləyin

İqtisadi gündəm

Nazirlik ov mövsümü ilə bağlı açıqlama yaydı: : “Dovşan 2 manat 20 qəpik...“

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə nazirliyin saytına müsahibə verib.

Publika.Az-ın məlumatına görə, bu ilki ov mövsümünün nə zaman açılacağı sualına cavbda Hikmət Əlizadə deyib ki, ölkə ərazisində 2012-2013-cü illər üçün ov mövsümü 2 iyun 2012-ci il tarixindən etibarən açıq elan edilib.

Vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə və hansı normalar daxilində icazə verilməsinə aydınlıq gətirən Departament rəsmisi deyib ki, ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib:

Təkə 2 iyun - 20 oktyabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara);

Qaban (çöl donuzu) 15 sentyabr - 22 dekabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara);

Dovşan10 noyabr 2012-ci il - 12 yanvar 2013-cü il tarixlərində; 2 baş - adambaşına;

Bataqlıq qunduzunun (nutriya) 13 oktyabr 2012-ci il-23 fevral 2013-cü il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.

Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə var:

Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;

Təkə - Zaqatala, Şəki, Qax, Quba;

Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.

Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.

Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:

Dovşan 2 manat 20 qəpik;

Çaqqal 3 manat 96 qəpik;

Yenot və qunduz 1 manat 65 qəpik;

Təkə 24 manat 75 qəpik;

Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağandır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm