İqtisadi gündəm
“Bircə nəfərin adını çəksinlər...“
"Avroviziya" yarışması Azərbaycanın möhtəşəm uğurudur. Əgər Daşkəsəndən kimsə bu musiqi yarışmasına qatılmaq istəyirsə, buna nəinki mane olmarıq, əksinə şərait yaradarıq ki, gəlib tədbirdə iştirak eləsinlər".
Publika.Az-a açıqlamasında Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon sakinlərinin Bakıya gəlişinə maneçilik törətməsinə dair yayılan informasiyaya aydınlıq gətirərkən belə deyib.
Gunxeber.com saytı Daşkəsəndən Bakıya gələn avtobusların yığışdırılması, bunun Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin birbaşa göstərişi ilə həyata keçirildiyi haqqında informasiya yayıb.
Yazıda qeyd olunur ki, icra başçısı bu yolla "Avroviziya" yarışmasına qatılmaq istəyən rayon sakinlərinin önünü kəsməyə, onların müsabiqənin keçirildiyi günlərdə Bakıya gəlişini əngəlləməyə çalışır.
Publika.Az-a danışan Əhəd Abıyev bu cür yazıların məqsədli şəkildə yayıldığını söyləyib: "Necə ola bilər ki, Əhəd Abıyev daşkəsənlilərin "Avroviziya" yarışmasına qatılmasına maneçilik törətsin? Bu, mümkün deyil. Avroviziya" yarışması Azərbaycanın möhtəşəm uğurudur. Əgər Daşkəsəndən kimsə bu musiqi yarışmasına qatılmaq istəyirsə, buna nəinki mane olmarıq, əksinə şərait yaradarıq ki, gəlib tədbirdə iştirak eləsinlər.
Əlbəttə, bizə qarşı dəfələrlə bu cür qərəzli, böhtan xarakterli məlumatlar yayılıb. Daşkəsəndə avtovağzal olmadığı halda yazırlar ki, guya Əhəd Abıyev avtobusların hərəkətinə imkan yaratmır.
Heç olmasa yazmamışdan öncə dəqiqləşdirin görün, Daşkəsəndə ümumiyyətlə avtovağzal varmı? Heç bir dəqiqləşdirmə aparmadan, ağızlarına gələn cəfəngiyatı yazırlar. Bütün bunlar bir daha göstərir ki, yazılanların heç bir həqiqət yükü yoxdur.
Bircə nəfər ad çəksinlər, desinlər, filan sürücü etiraz edir ki, Əhəd Abıyev bizi Bakıya buraxmır. Konkret ad çəkilmirsə, informasiya başdan-ayağa yalanlarla doludursa, bunun həqiqətlə heç bir bağlılığı ola bilməz. Bunu yazanların da yeganə məqsədi aranı qarışdırmaq, təxribat törətməkdir".
Azər Niftiyev
Publika.Az
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO