Qadınlar kişilərdən vəfalı çıxdılar – ARAŞDIRMA
Bizi izləyin

İqtisadi gündəm

Qadınlar kişilərdən vəfalı çıxdılar – ARAŞDIRMA

Sevgiyə və münasibətə bağlılığın ömrünün qadınlarda və kişilərdə fərqli olduğu üzə çıxıb.

Publika.Az-ın məlumatına görə, onlayn elm jurnalı "Scientific Reports"da yerləşdirilən araşdırmanın nəticələrinə görə, qadınlarda münasibətlərə bağlılığın müddətinin 14, kişilərdə isə 7 il olduğu üzə çıxıb.

İngiltərənin Oksford, ABŞ-ın Şərq-Qərb Universitetlərinin birgə apardıqları araşdırmada Avropanın müxtəlif şəhərlərindən 3.2 milyon insan iştirak edib.

Araşdırma nəticəsində ortaya çıxan ən maraqlı detal qadın və kişilərin bir-birinə olan bağlılığının müddəti olub.

Araşdırma göstərib ki, qadınlar kişilərə olan bağlılığı 14 il, kişilərin isə onlardan iki dəfə az – 7 il olub.

Qadınların qarşı cinsə sıx münasibətinin 18 yaşdan başladığı məlum olub. Kişilərdə isə bu yaş senzi 21-dir.

195 milyard zəng və 489 milyon qısa mesajın araşdırıldığı araşdırmada, qadınlarda sevgi münasibətlərinin qurulduğu yaş dövrü 27, kişilərdə isə 32 olub.

Anar

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm