Sabirabad İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı
Bizi izləyin

İqtisadi gündəm

Sabirabad İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafı üçün 5 milyon manat ayırıb.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, prezidentin sərəncamı ilə iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Digər bir sərəncamla Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm