İqtisadi gündəm
Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə
burada görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, 1977-ci ildə inşasına başlanılan və 1990-cı ildə
istifadəyə verilən İdman-Konsert Kompleksinin binasında indiyədək
əsaslı təmir işləri aparılmamışdı. Kompleks əsas korpusdan və
idmanın müxtəlif növləri üzrə məşqlər üçün ayrı-ayrı korpuslardan
ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin layihəsinin
hazırlanmasına və icrasına xarici şirkətlərlə yanaşı, yerli
şirkətlər və mütəxəssislər də cəlb olunub. Layihəyə əsasən binanın
daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma
sisteminin təmiri, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin
yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı,
pəncərə və vitrajların yenilənməsi, zalların döşəmələrinə idman
təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılıb. Kompleksdə
müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri
üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və
digər lazımı otaqlar yaradılacaq.
Məşq zalı ən müasir səviyyədə qurulur. Burada saunalar, masaj,
püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq
federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas
zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar
olacaq.
Ümumi sahəsi 55 min kvadrat metrə yaxın olan binada tamaşaçı yeri
təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub.
Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılacaq.
Əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli
yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı
tələblərə cavab verməsi və funksionallığının daha da artırılması
üçün bir sıra tədbirlər görülüb. Heydər Əliyev adına İdman-Konsert
Kompleksində əsaslı təmiri işləri Avropa Olimpiya Komitəsi, Bakı
Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq
federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə
aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün
kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də
fəaliyyət göstərəcək.
Bunlarla yanaşı, kompleks təhlükəsizliyin kameraları, 222 ən müasir
projektor, genişzolaqlı internet, müasir akustika və
səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin
edən transformator, UPS və generator ilə təchiz edilib. Beləliklə,
burada yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa
Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda
hərtərəfli imkanlar var.
Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənir.
Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan
ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi
lampaların və projektorların quraşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan
abadlıq-quruculuq işləri də tanış oldular, tapşırıq və
tövsiyələrini verdilər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu