Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bizi izləyin

İqtisadi gündəm

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və xaricdə fəaliyyət göstərən bır sıra diaspor təşkilatlarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Publika.az-ın məlumatına görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Artıq 23 ildir ki, 31 dekabr bütün dünya azərbaycanlıları tərəfindən birlik və həmrəylik bayramı kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm