İqtisadi gündəm
Beynəlxalq Fond azərbaycanlı girovlarla bağlı bəyanat yaydı
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və
Əməkdaşlıq Fondu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz
Quliyevlə bağlı bəyanat yayıb.
ANS PRESS-in məlumaatına görə, bəyanatda Dilqəm Əsgərov və
Şahbaz Quliyevin 2014-cü ilin iyulunda saxlanılması və mühakimə
edilməsi öz əksini tapıb.
Bəyanatın mətni ATƏT-in Minsk qrupunun həmsədrlərinə və beynəlxalq
təşkilatlara göndərilib. Bəyanatda deyilir:
"Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması gedişini
diqqətlə izləyən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq
və Əməkdaşlıq Fondu təəssüflə qeyd edir ki, ötən 2014-cü il
münaqişənin nizama salınması və onun məlum, o cümlədən humanitar
nəticələrinin aradan qaldırılması baxımından dönüş ili olmayıb.
Beynəlxalq Fond 2014-cü ilin iyulunda baş vermiş və münaqişənin
gedişində siyasi-təbliğatı maraqlar məqsədilə insan faciəsindən
necə istifadə olunduğunu bir daha təsdiqləyən hadisəyə diqqət
yetirilməsini zəruri hesab edir. Təşkilat xatırladır ki, işğal
olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etmək
qərarına gəlmiş üç azərbaycanlı vətəndaş 2014-cü ilin iyulunda
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.
Müxtəlif işgəncələrə məruz qalmış bu vətəndaşlardan biri – Həsən
Həsənov həlak olub, digər iki nəfər – Dilqəm Əsgərov və Şahbaz
Quliyev isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
qanunsuz məhkəməyə cəlb ediliblər. Beynəlxalq Fond həmçinin
xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul
etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun
Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin
bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib.
Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan
əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda,
xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən
ciddi narahatlığını ifadə edib. İşğal günündən 20 ildən artıq keçsə
də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər
qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri
hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da
Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək
siyasəti yeritdiyini təsdiqləyir.
20 ildən artıq müddət ərzində Ermənistan azərbaycanlı köçkünlərdən
heç birinin işğal olunmuş bu ərazilərdə öz evlərinə qayıtmasına
imkan verməyib. Azərbaycanın üç vətəndaşı ilə bağlı hadisə
Ermənistan-Azərbaycan münaqişəsi kontekstində əsas insan hüquq və
azadlıqlarının, beynəlxalq humanitar hüququn müvafiq müddəalarının
necə ciddi şəkildə pozulduğunu bir daha təsdiqləyir.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, digər münaqişəli
zonalarda, məsələn, Gürcüstan, Moldova və Ukrayna ərazisində
fundamental insan azadlığı olan hərəkət azadlığının bu və ya digər
dərəcədə təmin olunduğu bir zamanda Ermənistan-Azərbaycan
münaqişəsi gedişində öz evlərini tərk etməyə məcbur olmuş
azərbaycanlılar hətta işğal olunmuş ərazilərdə ata-babalarının
məzarlarını da ziyarət edə bilmirlər. Azərbaycanın üç vətəndaşı
barəsində Ermənistanın hərəkətləri faşist Almaniyasının işğal
olunmuş ərazilərdə dinc əhaliyə qarşı yeritdiyi siyasəti
xatırladır.
İkinci Dünya müharibəsi zamanı faşistlər işğal olunmuş ərazilərdə
mülki şəxslərə qarşı hərbi məhkəmələr qururdular. Sırf formal
xarakter daşıyan bu məhkəmələr nasist rəhbərlərin qabaqcadan
çıxardıqları hökmləri həyata keçirirdi. Lakin İkinci Dünya
müharibəsində faşistlər mülki əhalinin işğal olunmuş ərazilərdə
yaşamasına imkan verdikləri halda, Ermənistan Azərbaycanın işğal
olunmuş ərazilərində etnik təmizləmə aparıb və vətəndaşların öz
evlərinə qayıtmasına yol verməmək üçün qanunsuz məhkəmələr qurur.
Beynəlxalq Fond D.Əsgərov və Ş.Quliyev ilə bağlı hadisələri
müşahidə və təhlil edərək belə qənaətə gəlir ki, girov götürülmüş
azərbaycanlılarla qeyri-insani və təhqiramiz rəftarın Ermənistan
KİV-ləri vasitəsilə açıq nümayiş etdirilməsi, Ermənistanın rəsmi
şəxslərinin girov saxlanılanlar adından bəyanatlar yayması və
nəhayət, onlara qarşı nümayişkaranə şəkildə təşkil edilmiş “məhkəmə
prosesləri” Ermənistanın məqsədyönlü siyasətidir.
Bundan başqa, Ermənistan regionda əlavə gərginlik yaranmasına nail
olmağa çalışır, Ermənistandakı erməni əhalisi və işğal olunmuş
Dağlıq Qarabağda yaşayan erməni icması arasında Azərbaycan xofunu
gücləndirir. Ermənistan xüsusən vəziyyətin nizama salınması üçün
faydalı təşəbbüslərin irəli sürüldüyü, məsələn, Fransa prezidenti
tərəfindən daha geniş sülh sazişi layihəsinin hazırlanmasına
başlamaq təklifinin verildiyi bir zamanda gərginlikdən sülh
danışıqlarını çətinləşdirmək məqsədilə istifadə edir. Ermənistan
rəhbərliyi ölkədə sosial-iqtisadi tənəzzülün davam etməsi və
bununla əlaqədar Dağlıq Qarabağda öz işğalçı rejiminə maddi-maliyyə
və hərbi yardım göstərilməsində yaranmış çətinliklər fonunda həm
Ermənistandakı erməni cəmiyyətini, həm də Dağlıq Qarabağda yaşayan
erməni icmasını öz ətrafında sıx birləşdirmək məqsədilə
Azərbaycanofobiyanı gücləndirir.
Yuxarıda qeyd olunanlardan açıq-aydın görünür ki, münaqişə
zonasında gərginliyin artmasına görə bütün məsuliyyət Ermənistanın
üzərinə düşür. Beynəlxalq Fond ATƏT-in Minsk qrupu həmsədrlərinin,
münaqişənin nizama salınmasına bu və ya digər dərəcədə cəlb
edilmiş, yaxud onun humanitar tərəfləri ilə məşğul olan BMT, Aİ və
ya Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) kimi nüfuzlu beynəlxalq
subyektlərin azərbaycanlı girovların azad edilməsi üçün heç bir
təsirli tədbir görmədiyindən ciddi narahat olduğunu bildirir.
Beynəlxalq Fond xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası
münaqişə ilə bağlı qəbul edilmiş 882-ci (1993), 853-cü (1993),
874-cü (1993) və 884-cü (1993) qətnamələrində ərazilərin əldə
edilməsi üçün zor işlədilməsinin yolverilməz olduğunu qeyd edib,
Baş Assambleya isə A/RES/62/243-cü qətnaməsində (2008) bildirib ki,
dövlətlər Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış
vəziyyəti qanuni hesab etməməli, bu vəziyyətin saxlanmasına kömək,
yaxud yardım göstərməməlidirlər.
Həmçinin nəzərdə tutulur ki, ATƏT-in Minsk qrupunun – BMT-nin
verdiyi mandat əsasında bilavasitə münaqişənin aradan qaldırılması
ilə məşğul olan qurumun həmsədrləri Ermənistanı qanunsuz
hərəkətlərdən, o cümlədən insanları girov götürməkdən çəkindirmək
üçün xüsusi məsuliyyət daşıyırlar. Regionda təhlükəsizliyin və
sülhün bərqərar olmasına kömək göstərmək kimi xeyirxah niyyətləri
olan Beynəlxalq Fond ATƏT-i, BMT-ni, Aİ-ni, Avropa Şurasını və
BQXK-nı səlahiyyətlərinə və mandatına uyğun olaraq qanunsuz
saxlanılmış D.Əsgərovun və Ş.Quliyevin Ermənistan tərəfindən azad
edilməsi üçün təsirli tədbirlər görməyə çağırır”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR