Bakıda yas mərasimlərinə qadağa qoyuldu
Bizi izləyin

İqtisadi gündəm

Bakıda yas mərasimlərinə qadağa qoyuldu

Avropa Yay Oyunları ərəfəsində Bakıda yas çadırlarının qurulması qadağan olunub.

Publika.az-ın məlumatına görə, yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların mərasim zallarında keçirilməsi tövsiyyə olunur.


Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. Onun sözlərinə görə, Avropa Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulmasına icazə verilməyəcək.

Qeyd edək ki, Avropa Yay Oyunları günlərində Bakıda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə də icazə verilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm