İqtisadi gündəm
Ordumuzun xüsusi taktiki məşğələsi - FOTOLAR
Mühəndis istehkamçıların təlim mərkəzində mühəndis bölmələri ilə taktiki məşğələ keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd müharibə zamanı mühəndis-istehkam təminatı ilə bağlı müasir silah və texnikalar tətbiq edilməklə tapşırıqların uğurla yerinə yetirilməsi olub. Məşğələ üç mərhələdə icra edilib.
Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, birinci mərhələdə körpü salmaqla su maneələrinin keçilməsi praktiki olaraq yerinə yetirilib. Panton-körpünü açmaq məqsədilə əvvəlcə suda kəşfiyyat aparılaraq maneənin uzunluğu, eni və dərinliyi müəyyən edildikdən sonra çay və sahil dəstələri vasitəsilə körpü salınıb.
Təlimin ikinci mərhələsində cəmləşmə rayonunda silahlanmaya yeni qəbul olunan texnikalar nümayiş olunub. Təlim iştirakçıları praktiki bilik və bacarıqlarını təkmilləşdirərək silahlanmaya qəbul edilən texnikaların taktiki-texniki xüsusiyyətləri haqqında məlumatlar əldə ediblər.
Üçüncü mərhələdə isə maneəqurma, maneələğvetmə və mühəndis-yol bölmələri verilən tapşırıqları vaxtında və bacarıqla yerinə yetiriblər.
Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO