İqtisadi gündəm
Prezident Bakı Olimpiya Stadionu ətrafında yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi
ki, Həsən Əliyev küçəsi - Ziya Bünyadov prospekti - Olimpiya
Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik
üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi
görülüb.
Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir. Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.
Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov
prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində
görülən işlərlə də bağlı məlumat verildi.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5
kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da bir körpü və iki
tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə
Olimpiya şəhərciyini birləşdirib.
Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması
ilə bağlı tapşırıqlarını verdi.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi