İqtisadi gündəm
Təslim olan erməni əsgərin anası: “Sonuncu dəfə evə gələndə..”
Azərbaycan ordusuna təslim olan erməni əsgər Andranik
Qriqoryanın validenyləri danışıb.
Publika. az ANS PRESS- istinadən bildirir ki,
Andranikin anası Azadlıq Radiosunun Ermənistan xidmətinə
müsahibəsində oğlunun hərbi xidmətdə problemləri olduğunu deyib:
“Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır
sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş
etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.
Qriqoryan martın 22-də təslim olub. Onun əlində ağ bayraq
Azərbaycan mövqelərinə yaxınlaşan videogörüntüləri yayılıb. Erməni
tərəfi bu videonu qurama adlandırır.
Qriqoryan Azərbaycanın Xocavənd rayonunun (ermənilər ona Martuni
deyir) Berdaşen kəndindəndir.
Kəndin icra nümayəndəsi mətbuata açıqlamasında Qriqoryanı təhqir
edib:
"Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf
adamı sayırlar. Əgər o doğrudan da belə anormal hərəkət edibsə,
erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir
şey deyə bilərəm, onun ağlı yerində deyil”.
Amma kənd sakinlərinin çoxu Andraniki necə adam kimi tanıyırsınız
sualına “yaxşı, normal” cavabları veriblər.
Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu
bildirir.
Müdafiə Nazirliyi əsgərin öz hərəkətini əsaslandıran videosunu da
yayıb. Qriqoryan orada deyir: “Bunun çox sadə bir səbəbi var. Mən
mənasız yerə ölməkdən qorxuram...
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm.
Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq,
silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli
ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin
əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana
yığıb”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR