Millət vəkili Səudiyyə müftisinin fitvasını şərh etdi
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili Səudiyyə müftisinin fitvasını şərh etdi

Millət vəkili Fazil Mustafa Səudiyyə müftisinin adından yayılan "kişinin öz arvadını yeməsi" ilə bağlı fitvaya münasibət bildirib.

Publika.az-ın məlumatına görə, millət vəkili "fitva"nı absurd adlandırıb:

- Ən səviyyəsiz müfti belə bilməmiş deyil ki, Qurani Kərimdə hansı heyvanın ətinin yeyilib-yeyilmədiyi göstərilib, adam ətinin yeyilməsini isə xatırlatmağa ehtiyac duyulmayıb. Yəni "adam, adamın ətini yeməz!" fikrini şüur sahibi olan insanlara xatırlatmağa zərurət olmayıb. Bu müftinin də ən azı Quranı məndən, səndən qat-qat yaxşı bildiyini nəzərə alarsaq, Qurana zidd olan bu sözləri işlətməsi məntiqdən, ağıldan kənar sayılmalıdır. Demək ki, yazılan şərhlərdən də görərsiniz ki, bu yalan xəbərə ən çox inanan, dərhal etiraz səsini ucaldan da bizim azərbaycanlı auditoriyası oldu. Çünki yüz illərdir bizdə dəyişən çox az şeylər var.

Vaxtilə Şeyx Nəsrullahın da ölüləri dirildəcəyinə bizdə inanmışdılar. Yaxud da Şeyx Nəsrullah da düşünmüşdü ki, ölülərin dirilməsinin mümkünlüyünə ancaq bizim məmləkətin insanlarını inandırmaq olar. Kişinin də qadın ətini yeyə bilməsi fətvasına da inanmağa bu qəbildən yanaşılmalıdır. Ən acınacaqlısı budur ki, bizdə adam adamın ətini indiyədək yeməsə də, kişilər qadınların, qadınlar da kişilərin hüquqlarını addımbaşı yeyirlər. Əti bir tərəfə qoyun, hüquqların qarşılıqlı yeyilməsinə qarşı daha həssas olmağa çalışın.

Qeyd edək ki, ötən gün internet portallarda Səudiyyə Ərəbistanı müftisi Abdulaziz ibn Abdullahın “kişi zərurət halında arvadının bədəninin bir hissəsini və ya hamısını yeyə bilər!” kimi fitva verməsi ilə bağlı xəbərlər yayılıb. Lakin məlumat təsdiq edilməyib. Araşdırmalar zamanı məlum olub ki, bu məlumatlar İran xəbər saytları olan “al alam” və “rai el-yevm” tərəfindən yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm