Rusiya Ukraynaya qaz idxalını beş dəfə azaltdı
Bizi izləyin

İqtisadi gündəm

Rusiya Ukraynaya qaz idxalını beş dəfə azaltdı

Rusiya Ukraynaya qaz idxalını beş dəfə azaltdı

Fevralın 24 –də Rusiyadan Ukraynaya qaz idxalı gün ərzinə 28 milyon kubmetr azalaraq, 147 milyon kubmetrə düşüb.

İdxalın azalması ilə bağlı heç bir məlumat verilmir.

Publika.Az xarici mətbuata istinadən bildirir ki, ötən həftənin əvvəlində “Naftoqaz Ukrayna” 2013 –cü ilə görə olan borcunun yarı hissəsini ödəyib.

Fevralın əvvəlində isə, “Qazprom” Ukraynanın yanvar ayına görə qaza olan borcunun 658,4 milyon dollar olduğunu elan edib.

Bu borc, 2013-cü ildə - 2,634 milyard dollar təşkil edib. Ukrayna hökumətinin sözlərinə görə, “Naftoqaz” bu borcun 1,28 milyard dollarını ödəyib. “Naftoqaz”, qalan borcun aprel ayının 15 –dək ödəniləcəyini söyləyib.

İndi Ukrayna üçün Rusiya qazının qiyməti rüblük əsasda müəyyən edilir Mövcud razılaşmaya əsasən, “Ukrayna Naftoqaz” min kubmetr qazı 268,5 dollara alır

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm