Məşhur neft milyonçusu bu gün dünyaya gəlib
Bizi izləyin

İqtisadi gündəm

Məşhur neft milyonçusu bu gün dünyaya gəlib

Məşhur neft milyonçusu bu gün dünyaya gəlib

Bu gün neft milyonçusu Ağa Musa Nağıyevin dünyaya gəldiyi gündür.

O, 1848-ci il martın 4-də Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olur. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi onu da milyonçu edir.

O, müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Ağa Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş.

Ağa Musa Nağıyev 1919-cu ilin mart ayında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm