Hadisə
Qadın qanına susayan azərbaycanlı kişilər - SİYAHI (18+)
Son illər qadınlara qarşı zorakılıq gündən-günə artmaqdadır.
Demək olar ki, son bir ayın statistikasına baxsaq qadın
qətillərinin gündəlik xəbərlərin bir hissəsinə çevrildiyini
görərik. Onların ərləri və yaxud keçmiş həyat yoldaşları,
qardaşları tərfindən qətlə yetirildiyini müşahidə etmək olar.
Öldürülən qadınların böyük əkəsiyyəti həyat yoldaşları tərəfindən
törədilib. Bu ilin 9 ayı ərzində 17 qadın xüsusi amansızlıqla
öldürülüb ki, onların çoxu qısqanclıq zəmnində baş verib.
Dövlət Statistika Komitəsindən Femida.az -ın
sorğusuna cavab olaraq bildirilib ki, bu il Azərbaycanda
qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı
422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına
yüngül zərər dəymiş, 8 qadın isə öldürülmüşdür. Bundan başqa, 4
qadının sağlamlığına ağır, 25qadının sağlamlığına isə az ağır zərər
vurulmuşdur. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə
çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən
məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilmiş, 12
qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.
Femida.az öldürülən qadınların siyahısını təqdim
edir:
Bərdədə ər arvadını yatdığı yerdə öldürdü
2016-cı ilə yeni qədəm qoymuşduq ki, Bərdədə baş verən dəhşətli
hadisə hər kəsi şoka saldı. Tuymaslı kənd sakini Zülfüqar Rəhimov
33 yaşlı arvadı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayaraq
qətlə yetirmişdi. Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa
da, valideynləri onu taparaq polisə təhvil verdi. 3 azyaşlı
övladları olan Zülfüqar Rəhimovun ciddi psixoloji problemləri
olduğu söylənildi.
"Düz yolun yolçusu" bacısını 37 dəfə bıçaqladı
Bərdədəki qadın qətlindən bir neçə gün sonra isə Yevlaxda musiqi
məktəbinin həyətində qardaş piano müəlliməsi olan bacısı Ahu
Hüseynovanı bıçaqlayaraq qətlə yetirdi. Səbəb kimi Ahu Hüseynovanın
boşanması, boşandıqdan sonra haqqında müəyyən söz-söhbətin
dolaşması göstərilib. Bacısından şübhələnən Veys Hüseynov dəfələrlə
ona "düz yola qayıtması" barədə xəbərdarlıq etsə də, Ahu Hüseynova
buna əhəmiyyət verməyib. Söz-söhbət xoşlanmayan Veys bacısını
izləyib və musiqi məktəbinin qarşısında Ahu Hüseynovanı 37 bıçaq
zərbəsi ilə qətlə yetirib.
Qadınla gecələyib, sonra boğub öldürdü
Yanvar ayında Qubada yerləşən “Retro” ailəvi istirahət mərkəzində
Könül Zalovanın qətli ölkəyə səs-küy saldı. 39 yaşlı Könül, tanışı
Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gedərək gecəni bir
yerdə keçirdikdən sonra aralarında mübahisə düşür. Elə bu vaxt 34
yaşlı Elməddin Könülü boğaraq öldürür. Məlumatlara görə qətlə səbəb
onlar arasında pul üstündə yaranmış mübahisədir. K.Zalova onun 200
min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava
ediblər və qətl baş verib. Könül Zalovanın atası Zülfi Zalov
Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə
münasibətlərinin heç də yaxşı olmadığı iddi olunur. Könül Zalovanın
12-13 yaşlarında bir oğlan usağı da var.
Sevdiyi qız “Yox” dedi, qarşılığında 26 dəfə
bıçaqladı
Yanvar ayının son günlərində Sumqayıt şəhərinin Corat qəsəbəsində
yaşayan Səbinə Salayeva tanışı, əvvəllər məhkum olunmuş Cəfər
Ağayev münaqişə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirərək
öldürülür. Hadisəni törədən şəxs qızı sevdiyini ancaq, əks tərəfdən
yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirdiyini
deyib.
Şəhid anasını öldürüb pensiya kartını apardı
Bu il ərzində Yevlaxda ikinci bir qadın cinayəti törədilib ki, bu
isə digər qətllədən fərqlənmişdi. Tamah məqsədilə törədilən
cinayəti əvvəlcədən planlaşdıran Aqil İsmayılov 86 yaşlı Maral
Nəsibovanı qapısını döyərək içəri daxil olub ondan pul tələb edir.
Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun
sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra tənha qadını
öz yaylığı ilə boğaraq qətlə yetirir. Öldürdükdən sonra onun
üzərində olan zinət əşyalarını çıxarıb və mənzildəki pensiya
kartlarını, həmçinin nağd pulu götürərək hadisə yerindən qaçır.
Xatırladaq ki, M.Nəsibovanın iki övladı Qarabağ uğrunda gedən
döyüşlərdə şəhid olub.
Qardaş üçüncü dəfə ərə gedən bacısını öldürdü
Yevlaxda baş verən bacı qətlinin eynisi aprelin 16-də Bakıda
törədildi. 34 yaşlı Turanə Davidovanın həyat yoldaşı keçən ilin
yanvar ayında intihar edir. 3 övladı ilə birlikdə kirayə yaşamağa
başlayır. Turanə Davidova indiyədək iki dəfə ərdə olub. Daha sonar
Turanə Davidova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa
başlayıb. Turanə Davidovanın bundan narazı qalan 39 yaşlı qardaşı
Elşad dünən onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının
nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk
etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş
və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş
qəfəsindən bıçaqlayıb.
Bakıda kişi arvadının başını kəsib, sonra intihar
etdi
May ayında Bakının Nəsimi rayonunda da dəhşətli ailə faciəsi
olmuşdu. Belə ki, 48 yaşlı Şahin Qurbanov arvadı 38 yaşlı Gülnurə
Ağayevanın boğazını kəsib, daha sonra isə hamam otağında özünü
asmışdı. Bu öldürülən qadının ikinci evliliyi olub, 4 yaşlı qızı
var. Gülnurə Ağayevanın ilk evliliyindən də 19 yaşlı qız var.
Ata evinə qayıdan bacısını öldürdü: "Bacım
əxlaqsız..."
Bacısının qanına susamış daha bir qardaş cinayəti Sabirabad
rayonunda qeydə alınıb. 1975-ci il təvəllüdlü Məhəmməd Hüseynov
aralarında yaranan münaqişə zəminində doğma bacısı, 1984-cü il
təvəllüdlü Şəmsiyyə Hüseynovanı bıçaqlayaraq öldürüb. 32 yaşlı
Şəmsiyyə bir müddət əvvəl ərindən ayrılıb və ata evinə qayıdıb.
Daha sonra isə Məhəmməd bacısı barəsində xoşagəlməz sözlər eşidib
və ailəsinə yaraşmayan hərəkətlər edib. Qətl də məhz bu səbəbdən
törədilib. Öldürülən qadının iki azyaşlı övladı var.
Yenə ailə-məişət münaqişəsi, yenə arvad qatili
Mərdəkan qəsəbəsində də qadın qanı tökülüb. Qəsəbə sakini, 1974-cü
il təvəllüdlü Sahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi
zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı
bıçaqlayıb.
Qazaxda kişi sevgilisini və iki yaşlı qızını
öldürdü
İyunun 18-də keçmiş sevgilisi tərəfindən öldürülən 19 yaşlı
Elmiranın və 2 yaşı hələ tamam olmamış qızının da elə həmin gün
amansızlıqla qətlə yetirilməsi xəbəri eşidənləri şoka saldı.
Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva
Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü
Eldəniz Babayevlə bir neçə il əvvəl Bakıda tanış olub və
qeyri-rəsmi nikah münasibətində yaşayıblar.
Onlar qeyri-rəsmi nikah münasibətində yaşayıb qız övladları dünyaya
gəlib. Daha sonra cütlüyün münasibətləri pozulub və E.Babayev başqa
qadınla rəsmi nikaha daxil olub. Lakin E.Babayev qeyri-rəsmi
nikahdan doğulan qızının anası ilə münasibəti yaxşı olmasa da
onunla əlaqəni kəsməyib.
İyunun 18-də Qazax rayonunda görüşüblər və burada mübahisə ediblər.
Mübahisə zəminində E.Babayev 19 yaşlı Elmiranı çoxsaylı bıçaq
zərbələri ilə qətlə yetirib. Daha sonra isə anası ilə birgə rayona
gələn Eldəniz Elmiranın 2 yaşlı qızı Fatiməni öldürüb. Uşağın
meyitini isə çayın kənarına atıb.
Bakıda kişi 3 uşaq anası olan arvadını boğdu
İyunun 20-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan Tural
Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı
yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb. Gənc
cütlüyün nikahından 3 azyaşlı övladı qalıb. Hadisə baş verərkən
uşaqlar həyətdə oynayırmışlar və evdə mübahisə edən ər-arvadın
davası qətllə yekunlaşıb.
Bacısının başını kəsən qardaş: "Bir neçə dəfə onun
telefonla danışdığını aşkarlamışam..."
Tovuzda 18 yaşlı Günay Gülməmmədovanın çay kənarında başı kəsilmiş
halda meyiti tapılıb. Qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə
yetirilən Günay bu il 11-ci sinfi bitirməliydi. Ruslan Gülməmmədov
qətlin səbəbini belə izah edib: “Bacımı qısqanclıq zəminində
öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam
və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl
qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin
yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun
ardınca getdim və onu öldürdüm”.
Xaçmazda qayınata eks-gəlinini yaba ilə
öldürdü
Ölkə gündəmini alt- üst etmiş qayınatanın gəlinini yabayla
öldürməsi xəbəri də bu cinayətlərdəndir.Xaçmaz rayonun Uzunoba kənd
sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 32
yaşlı Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər
yetirərək qətlə yetirib. 3 uşaq anası olan Rəmziyyə Əbdürrəhmanova
həyat yoldaşından 7 il öncə ayrılıb. Məhkəmənin qərarına əsasən, o,
həyat yoldaşı ilə eyni evdə yaşayıb.
Naxçıvanda ər arvadını boğub öldürdü
Nadir hallarda cinayət xəbərləri eşidilən Naxçıvanda da eyni qətl
hadisəsi baş verib. Bu ilin avqustun 15-də Naxçıvan şəhərində Elvin
Yusifov münaqişə zəminində arvadı Minurə Yusifovanı boğaraq qətlə
yetirdikdən sonra könüllü ŞPİ-yə gələrək istintaqa təslim
olmuşdu.
Gəncədə kişi arvadını öldürüb, baldızını
bıçaqladı
Gəncənin Cavad xan qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü
Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri Ruslan tərəfindən
bıçaqlanır. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün
olmayıb.
Bir müddət əvvəl həyat yoldaşı Ruslan Qurbanovdan ayrılan 30 yaşlı
Məhəbbət Vəliyeva mütəmadi olaraq əri ilə mübahisə edir və ona
müxtəlif xəsarətlər yetirirmiş. Sonuncu belə hadisə isə qanla
bitib. Ərlə-arvad arasındakı mübahisəni sakitləşdirmək istəyən
baldız da "payını" alıb. Onun isə həyatını xilas etmək mümkün
olub.
Əri Milli Məclisin sektor müdiri olmuş arvadını
baltaladı
Başa vuracağımız sentyabr ayı da 2 qadın cinayəti ilə yadda qaldı.
Biri Bakının Səbail rayonuda baş verib.
Sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata
əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında
yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridə Qasımini baltalayaraq
öldürüb. 30 ilə yaxın Milli Məclisdə çalışıb və bir neçə il bundan
əvvəl təqaüdə çıxıb. Onun maliyyə durumunun çox yaxşı olduğunu da
qeyd edirlər. Yaxınlarının sözlərinə görə, onun əri Məzahir Qasimi
ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və
əri tamah məqsədi ilə onu amansızcasına qətlə yetirib.
Tovuzda kişi həyat yoldaşının boğazını kəsdi
Digər dəhşətli qətl sentyabrın 20-də Tovuz rayonunda baş verib.
Alakol kənd sakini 1985-ci il təvəllüdlü Aydın Hüseynov öz həyat
yoldaşını qısqanclıq zəminində öldürüb. Qətli törədən şəxs 24 yaşlı
Aytəkin İbrahimovanın Müdafiə Nazirliyinin hərbi hissələrindən
birində müddətdən artıq xidmət edən (MAXE) işçi kimi çalışmasına
etiraz edib. Buna görə də qadın övladlarını da götürərək atasının
evinə qayıdır. Sentyabrın 10-da Rusiyadan qayıdan kişinin həyat
yoldaşı ilə mübahisələri davam edib və marşrut avtobusunu
dayandıraraq həyat yoldaşını oradan düşürüb və onun boğazını kəsib.
Daha sonra polis idarəsinə gələrək əməlini etiraf edib. Xatırladaq
ki, ailənin iki azyaşlı övladı var.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər