Akif Çovdarovun işində zərərçəkənə 15 il HƏBS VERİLDİ
Bizi izləyin

Hadisə

Akif Çovdarovun işində zərərçəkənə 15 il HƏBS VERİLDİ

Akif Çovdarovun işində zərərçəkənə hökm oxundu -15 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun məhkəməsi prosesi başa çatıb.

Publika.az-ın Teleqraf.com-a istinadən verdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə hökm oxunub.

İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan (Gülağa Tənha) 19.5 milyon dollar alıb. Gülağa Qəmbərov pulu İlham Qasımova iş qurmaq adı ilə verib.

İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

O, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pulunu alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm