Hadisə
Gömrükçülərdən uğurlu əməliyyat
Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daha bir fakt üzrə güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər.
Komitədən Publika.az-a verilən məlumata görə, DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əvvəlcədən daxil olan məlumat əsasında, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib.
Əməliyyat nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki "Babək" kafesinin qarşısında Azərbaycan vətəndaşı Kərimov Möhübbət Baxtəvər oğlu ümumi çəkisi 1064,5 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Möhübbət Kərimova civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Alıyev Mircəfər Lətif oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 156 ünvanında yaxalanıb.
Hər iki şəxsə qarşı Azərbaycan CM-nin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq