Bərdədə ev, Qubada isə minik avtomobili yandı
Bizi izləyin

Hadisə

Bərdədə ev, Qubada isə minik avtomobili yandı

Bərdədə birmərtəbəli evdə yanğın olub.

Bərdədə birmərtəbəli evdə yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kvadratmetr olan üçotaqlı evin bir otağının tavanı yanıb. Alovun evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Quba rayonunun Susay kəndində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm