Beyləqanda 4 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Beyləqanda 4 otaqlı ev yandı

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm