Hadisə
Aeroport yolunda "şou göstərən" sürücü həbs olundu - - VİDEO
Ötən gün Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərəkətin əks istiqamətində gedən “ZİL” markalı yük maşınının sürücüsü saxlanılıb.
Publika.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi Vaqif Əsədovun “Report”a verdiyi məlumata görə, dünən yayılan video ilə bağlı yol polisi tərəfindən araşdırma aparılıb və kamera görüntüləri nəzərdən keçirilib.
Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Bu gün “99 YP 314” avtopatrul maşınında xidmət aparan Bakı şəhər DYPİ-nın Yol-Patrul Xidməti Alayının polis baş serjantı Mirsəməd Seyidov həmin avtomobili sürücü ilə birlikdə Hava limanı - Binə yolunda aşkar edib. Bununla əlaqədar İdarədə araşdırma aparılaraq sənədləşdrilib.
Məlum olub ki, martın 10-da səhər saat 11.30-da Aeroport yolu ilə hərəkətin əksinə təhlükəli manevr edən və həmin yolda digər avtomobillərin hərəkətinə mane və təhükə yaradaraq hərəkət edən sürücü 1971-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 5 uşaq atası Babayev Elçin Tinxan oğludur. O əməlini etiraf edib və bildirib ki, həmin vaxt sərxoş olub. Hətta bu gün məhkəmə qarşısına da içkili halda çıxıb. Bu vəziyyətdə isə öz əməlinə haqq qazandırmağa çalışıb: “İçmişəm, yaxşı eləmişəm. Gedib cəriməmi ödəyəcəyəm. Ona görə “protiv” gedirdim ki, benzinim az yansın”.
Sürücü E.Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ