Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

İşığı yandırarkən güclü partlayış baş verib.

Şəmkirdə yaşayış evində partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülnarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm