Maştağada həmyerlisini silahla vuran şəxs ruhi xəstədir - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Maştağada həmyerlisini silahla vuran şəxs ruhi xəstədir - (YENİLƏNDİ)

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Daxili İşlər Nazirliyi (DİN) Maştağada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki. mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

***

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.

Araşdırma aparılır.

***

Bakıda gənc oğlan güllələnib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm