Lökbatanda QİSAS: 66 yaşlı kişi qətlə yetirildi
Bizi izləyin

Hadisə

Lökbatanda QİSAS: 66 yaşlı kişi qətlə yetirildi

Faktla bağlı cinayət işi açılıb.

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm