Bakıda mənzildə qadın cəsədi tapıldı
Bizi izləyin

Hadisə

Bakıda mənzildə qadın cəsədi tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, şəxsiyyəti məlum olmayan qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:28-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm