Hadisə
Akif Çovdarovun işində növbəti PROSES
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Publika.az-ın məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə ötən iclasda yarımçıq qalan çıxışını davam etdirib.
O, müvəkkilinin ittiham olunduğu epizodlardna bir neçəsi, “Yeni Yasamal” MTK epizodu üzrə zərərçəkən kimi tanınan Cahangir Alışov və Nəsib Əliyev, “Real” MTK epizodu üzrə zərərçəkən İlham Qasımov və digər zərərçəkən Mübariz Məmmədovla bağlı danışıb.
Vəkil həmin epozidlar üzrə müəvəkkilinin günühsız olduğunu deyib.
Hazırda vəkilin çıxışı davam edir.
Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hacı Zeynalov
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO