Hadisə
Telefon oğruları yaxalandı
Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc iki naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və şöbəyə gətiriblər.
Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum edilmiş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.
Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.
Həmin şəxslərin üzərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ