Avtomobilin vurduğu 8 yaşlı uşaq xəstəxanada keçindi
Bizi izləyin

Hadisə

Avtomobilin vurduğu 8 yaşlı uşaq xəstəxanada keçindi

Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb.

Publika.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub.

Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm