Ağsuda ağır qəza: 2 maşın toqquşdu - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Ağsuda ağır qəza: 2 maşın toqquşdu - Xəsarət alanlar var

Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 159-cu kilometrliyində, Ağsu şəhəri ərazisində qeydə alınıb.

İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu şəhər sakini 1994-cü il təvəllüdlü Cavadzadə Azər Qəhrəman oğlu və rayonun Qəşəd kənd sakini 1980-ci il təvəllüdlü Osmanov Xalid Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm