Bakıda gəlin toy günü dəm qazından zəhərləndi
Bizi izləyin

Hadisə

Bakıda gəlin toy günü dəm qazından zəhərləndi

Bakıda gəlin toy günü dəm qazından zəhərlənib.

Publika.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkim müavini Məhəbbət İbrahimova məlumat verib.

Onun sözlərinə görə, hadisə bu ay qeydə alınıb:

"Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə halı ilə gələn xəstə koma vəziyyətində olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxartmaq mümkün olub. Xatırladım ki, xanımın səhər toyu olacaqdı. Hadisə hamamda yuyunan zaman qaz sızması nəticəsində baş verib. Xəstə gecə xəstəxanada qalıb, səhər isə xəstəxanadan toyuna gedib".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm