Tovuzda qəza: Avtomobil yoldan çıxıb evə girdi
Bizi izləyin

Hadisə

Tovuzda qəza: Avtomobil yoldan çıxıb evə girdi

Tovuzda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Ülfət Qəməd oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq evlərdən birinə çırpılıb.

Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm