Qubada mağaza, Bakıda motosiklet yandı
Bizi izləyin

Hadisə

Qubada mağaza, Bakıda motosiklet yandı

Qubada yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba rayonunda ümumi sahəsi 40 m2 olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları yanıb.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakının Yasamal rayonunda isə “Notes” markalı motosikletin mühərrik hissəsi yanıb.

Motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm