Hadisə
Sumqayıta 140 km/s ilə gedən marşrut - VİDEO
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücü yolda sürət həddini aşıb.
Report-un verdiyi məlumata görə, hadisə Bakı-Quba magistralında qeydə alınıb.
Belə ki, 50 CH 116 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsü qanunun tələblərini kobud şəkildə pozub. Yolda sürət həddi 110 km\saat müəyyən edildiyi halda, sürücü sərnişinlə dolu mikroavtobusu 130-140 km/saat sürətlə idarə edir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov "Report"un yerli bürosuna bildirib ki, həmin sürücü qanunsuz olaraq fəaliyyət göstərir və onun barəsində ciddi tədbirlər görüləcək: "Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobuslara qarşı mütəmadi olaraq reyd keçirilir. Lakin qanunsuz olaraq sərnişin daşıyan sürücülərə yenə də rast gəlirik. Əgər Bakı Nəqliyyat Agentliyi həmin sürücüləri 20 Yanvar dairəsinə buraxmasa, onlar fəaliyyət göstərə bilməz, ölüm və xəsarətlə nəticələnən yol qəzaları da baş verməz".
Faktla bağlı araşdırma aparılır.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO