Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi baş verib
Bizi izləyin

Hadisə

Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi baş verib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Publika.az xəbər verir ki, axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində 2 nəfər həyatını itirib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm