Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava - Xəsarət alanlar var - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava - Xəsarət alanlar var - FOTO - (YENİLƏNDİ)

Mingəçevir şəhərində baş vermiş hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qədiroğlu” restoranında müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.

Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamanda, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

Publika.az "Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm