Qaradağda evdən 200 min manat pul, 100 min manat dəyərində qızıl oğurlandı
Bizi izləyin

Hadisə

Qaradağda evdən 200 min manat pul, 100 min manat dəyərində qızıl oğurlandı

Qaradağ rayonu ərazisindəki evlərin birindən 200000 manat pul və 100000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Məlumata görə, martın 21-də rayon ərazisindəki evlərin birindən 200000 manat və 100000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Oğurluqda şübhəli bilinərək saxlanılan şəxslər Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm