Avtobus “Mercedes”lə toqquşdu: 4 ölü - TOVUZDA
Bizi izləyin

Hadisə

Avtobus “Mercedes”lə toqquşdu: 4 ölü - TOVUZDA

Tovuzda dəhşətli yol qəzası baş verib, iki avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.

Publika.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda dəhşətli yol qəzası baş verib. Hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Daewoo” markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib.

Avtobusda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin kimliyi hələlik məlum deyil. Onların bir ailənin üzvləri olduğu ehtimal edilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm