Yanan quyuya düşdü, hər iki ayağı yandı
Bizi izləyin

Hadisə

Yanan quyuya düşdü, hər iki ayağı yandı

Balakəndə 34 yaşlı kişi iki ayağından yanıq xəsarəti alıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Elman İsak oğlu Xipiyev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 34 yaşlı E. Xipiyev kəndin ərazisindəki yanan ağac yonqarı tullanan quyuya yıxılması nəticəsində hər iki ayağın dizdən aşağı 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. Xipiyevə lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm