Şəmkirdə “06” ilə “Hyundai” toqquşdu
Bizi izləyin

Hadisə

Şəmkirdə “06” ilə “Hyundai” toqquşdu

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib.

Şəmkir rayon Polis Şöbəsindən Pubika.az-ın Qərb bürosuna verilən məlumata görə “VAZ 2106” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2106”-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm