Hadisə
Azərbaycanlı iş adamı Ukraynada öldürüldü
Avqustun 15-dən 16-na keçən gecə Ukraynanın Xerson şəhərində azərbaycanlı sahibkar döyülərək qətlə yetirilib. Qətlə yetirilən şəxs Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olan Tağıyev İlham Tağı oğludur. Bu barədə "Bizim Yol"-a Xersonda yaşayan azərbaycanlı Aytac Məmmədova bildirib.
"İlham müəllim bizim ailəvi dostumuz olub. Polis araşdırma aparır. O gecə işdən evinə dönərkən maşın qarajında onu döyüblər. Qabırğaları sınıb və gözü çıxıb. Cinayətkarlar öldüyünə əmin olduqdan sonra onun üzərindən evinin açarını götürüb evinə daxil olublar. Mərhumun 50 yaşı vardı. Onun bir kafesi və iki mağazası var",-deyə A.Məmmədova bildirdi.
Onun sözlərinə görə, İlham Tağıyev ailəli olub, iki övladı var: "Ailəsi bir neçə gündür ki, Bakıya qonaq gedib. Bu gün isə onun nəşi Azərbaycana gətirilib".
İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub. Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov APA-ya açıqlamasında bildirib ki, ikin ehtimallardan biri cinayətin onun biznesi ilə əlaqəli olmasıdır.
Ə.Kərimov deyib ki, İ.Tağıyevin mağazalarında çalışan bəzi şəxslər tərəfindən ona qarşı təxribat törədildiyi güman edilir: "Prokurorluqdan bizə verilən məlumata görə, digər ehtimal bununla əlaqəlidir. Belə ki, həmin axşam onun maşınında külli miqdarda pul olub və bunu onun biznesində iştirak edən bəzi şəxslər bilib".
Ə.Kərimov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO