Qaradağda oğru qadın tutuldu
Bizi izləyin

Hadisə

Qaradağda oğru qadın tutuldu

İyulun 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Anar Novruzovun evindən pəncərədən girmək yolu ilə 290 manat oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, pul oğurlamış şəxsin kimliyi məlum olub. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Rəna Musayeva tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Esmira Nəcəfovanın və Regina Babayevanın evlərindən pul, sənəd və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm