Ana üst-başını çirkləndirən iki uşağını boğdu
Bizi izləyin

Hadisə

Ana üst-başını çirkləndirən iki uşağını boğdu

Başqırdıstan Respublikasında ana iki uşağını qətlə yetirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iyun-avqust aylarında psixoloji dispanserdə müalicə aldıqdan sonra evə buraxılan 27 yaşlı Gülnaz adlı qadın, 4 və 2 yaşlı oğlanlarını duş kabinəsində boğub.

Sonra qadın müalicə aldığı xəstəxanaya müraciət edərək baş verənləri etiraf edib. Gülnazın sözlərinə görə, uşaqlar çöldə oynadıqları zaman üst-başlarını çirkləndiriblər. O, uşaqları çimizdirmək əvəzinə suda boğmaq qərarına gəlib.

Qadın psixoloji dispanserə aparılıb və nəzarət altında saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm