68 yaşlı qadını öldürənlər tutuldu - Bakıda
Bizi izləyin

Hadisə

68 yaşlı qadını öldürənlər tutuldu - Bakıda

Bakıda 68 yaşlı qadının qətlində şübhəli bilinən iki nəfər tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İntensiv istintaq-əməliyyat tədbirləri ilə cinayətin Muxtar Qədirov və Rüfət İskəndərov tərəfindən törədilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq zamanı onlar Əzizə Həsənovanın evinə quldurluq məqsədilə daxil olaraq qadını qətlə yetirdiklərini, sonra mənzildən 260 manat pul və 525 manat dəyərində qızıl-zinət əşyalarını götürdüklərini etiraf ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm