Bakının məşhur cibgiri İzətullayev tutuldu – FOTO
Bizi izləyin

Hadisə

Bakının məşhur cibgiri İzətullayev tutuldu – FOTO

Bakıda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Publika.az-a verilən məlumata görə, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm