Əməkdaşı “Azərişıq” ASC-yə 25.900 manat ziyan vurdu
Bizi izləyin

Hadisə

Əməkdaşı “Azərişıq” ASC-yə 25.900 manat ziyan vurdu

Vəzifə səlahiyyətindən sui-istifadə edən “Azərişıq”ASC-nin əməkdaşına cinayət işi açılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, bununla bağlı “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etdiyi müəyyən edilib.

Bunlar onun “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm