Qazaxda ağır qəza: 5 yaralı
Bizi izləyin

Hadisə

Qazaxda ağır qəza: 5 yaralı

Qazax rayonunda ağır yol qəzası baş verib.

"Report" bildirir ki, qəza "VAZ-2107" markalı minik avtomobilinin "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan biri "Kamaz"ın sürücüsü, 1953-cü il təvəllüdlü Mübariz Musayevdir.

Digər 4 nəfər - 1995-ci il təvəllüdlü Elmir Rafiqli, 1993-cü il təvəllüdlü Orxan Vəliyev, 1994-cü il təvəllüdlü Rəhim İbrahimli, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov isə "Jiquli"də olub.

Zərərçəkən şəxslər Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm