Hadisə
Gömrükçülər külli miqdarda metadon aşkarladı - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, müvafiq qanunvericiliyə uyğun olaraq onun çantasına gömrük baxışı keçirilib.
Yoxlama zamanı çantadan içərilərində maye şəklində müxtəlif maddələr olan 5 ədəd 1 litrlik plastmas qablar aşkar olunub. Üzərində Azərbaycan dilinə tərcümədə “çinar yarpağından çəkilmiş sirop” yazılmış 3 qabda sarımtıl rəngli xüsusi iyə malik olan su şəklində maddə, üzərində Azərbaycan dilinə tərcümədə “naringi meyvəsindən çəkilmiş sirop” yazılmış 1 ədəd qabda şəffaf rəngli xüsusi iyə malik olan su şəkilində maddə, üzərində Azərbaycan dilinə tərcümədə “beymədaran bitkisindən çəkilmiş sirop” yazılmış 1 ədəd qabda isə şəffaf rəngli xüsusi iyə malik su şəkilində maddə aşkar olunaraq protokol əsasında götürülüb.
Gömrükçülərə verdiyi ilkin izahatında İran İslam Respublikasının vətəndaşı əsəb xəstəliyindən əziyyət çəkdiyini və həmin qablardakı dərmanları qəbul etdiyini bildirib.
Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində aparılan fiziki-kimyəvi və biolojı ekspertiza nəticəsində “çinar yarpağından çəkilmiş sirop” yazılmış 3 ədəd 1 litrlik plastik qablardakı mayenin narkotik vasitə - metadon məhlulu olduğu müəyyən edilib . Aşkar olunan metadonun ümumi həcmi 2 litr 835 ml-dir.
Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq