Lənkəranda 56 yaşlı kişi bıçaqlanıb
Bizi izləyin

Hadisə

Lənkəranda 56 yaşlı kişi bıçaqlanıb

Lənkəran şəhərinin Vələdi kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Şəmsəddin Əli oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisəni törədənin "Maçan" ləqəbli yerli sakin olduğu bildirilir. Bıçaq xəsarətləri alan Ş.Məmmədov Cərrahi bloka yerləşdirilib. Qarın ve boyun nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alan zərərçəkən xeyli miqdarda qan itirib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm