Hadisə
Paytaxtda qarət
Bakının Nəsimi rayonunda mənzil qarət olunub.
Publika.az xəbər verir ki, hadisə 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb.
Mənzil 16-da yaşayan Elmira Əliyeva deyir ki, 50 illik yubileyini qeyd etmək üçün bir neçə qonşusu ilə yaxınlıqda yerləşən restoranlardan birinə gedib. Ancaq günün sonunda evə qayıdan Elmira xanım naməlum şəxs və ya şəxslərin “sürprizi” ilə qarşılaşıb.
Zərərçəkənin sözlərinə görə, oğrular mənzildən yalnız nağd pul və bəzək əşyaları aparıblar. Maraqlı məqamlardan biri isə, mənzildə planşet, televizor və kompüterin oğurlanmamasıdır. Elmira xanım hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) "102" "Qaynar xətti"nə məlumat verib. Mənzilə baxış keçirən polis əməkdaşları evdən barmaq izləri götürüb. Bina sakinləri isə analoji hadisənin sözü gedən küçədə dəfələrlə baş verməsindən narahatdırlar.
Artıq faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı