Hadisə
Çörək almaq istəyirdi, maşın vurdu – SÜRÜCÜ QAÇDI
Lənkəranda yük maşını piyadanı vurub.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının təxminən 203-cü km-də, Şilavar kəndindən keçən hissəsində baş verib.
Şahidlərin bildirdiyinə görə, hadisə "Shacman" markalı yük maşını tərəfindən törədilib. İlkin araşdırmalar nəticəsində vurulan piyadanın Lerik rayon Cəngəmiran kənd sakini, 23 yaşlı Mehdiyeva Nigar Elçin qızı olduğu dəqiqləşdirilib. O, çörək almaq üçün həyat yoldaşının maşınından düşüb yolu keçmək istəyəndə yük maşını tərəfindən vurulub.
Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb. Onun kimliyi istintaqa məlum deyil.
Ağır vəziyyətdə olan N.Mehdiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı DİN Baş DYP-nin istintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO